36 Şiiri - Habil Yaşar 2

Habil Yaşar 2
19

ŞİİR


0

TAKİPÇİ

36

Qara günlərində kəfən geyinib,
Qoynunda yatmağa gəlmişəm vətən.
Gözümü dünyaya açdığım gündən,
Otuz altı ildir ölmüşəm vətən.

Otuz altı ildir başdaşım da yox,
Başıma Allahın daşı da düşmür.
Ömrümə, günümə ağlayanım yox,
Köz olmuş sinəmə göz yaşı düşmür.

Elə bil ruhumu qırıblar mənim,
Donmuşam yerimdə bir saat kimi.
Allahın özü də məəttəl qalıb,
Otuz altı illik bir həyat kimi.

Habil Yaşar 2
Kayıt Tarihi : 2.2.2019 21:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Habil Yaşar 2